“Gürcüstandakı hadisələrdən narahatıq” - Şarl Mişel

“Gürcüstandakı hadisələrdən narahatıq” - Şarl Mişel “Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter hesabında yazıb.
O bildirib ki, istənilən dinc etiraz demokratiyanın əsasını təşkil edir:
“Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Avropa İttifaqının açarıdır”.
Qeyd edək ki, Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər