Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində logistika operatoru, dəmiryol stansiyası və keçid növbətçisi ixtisasları üzrə təhsil alan tələbələr və onların valideynləri üçün “Açıq qapı” təşkil olunub.
Tədbirdə tələbələr və onların valideynləri peşə təhsilində dual (ikili) yanaşma haqqında məlumatlandırılıb. Eyni zamanda, “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı çərçivəsində yaradılan və bu ilin sentyabr ayından Gəncə Peşə Təhsil Mərkəzlərinə təqdim olunan logistika operatoru, dəmiryol stansiyası və keçid növbətçisi ixtisasları üzrə özəl şirkətlərdə mövcud olan təcrübə və iş imkanları barəsində informasiya əldə ediblər.
Almaniyanın Azərbaycandakı səfiri iştirakçılara dual peşə təhsilinin tətbiqi, kənd təsərrüfatı, logistika, nəqliyyat və turizm sektorlarında iki ölkə arasında olan münasibətlər barədə məlumat verib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri məşğulluğun və iqtisadi inkişafın təşviqində peşə təhsilinin rolu, özəl sektorla əməkdaşlığın gücləndirilməsi və peşə təhsilinə dual yanaşmanın tətbiqi çərçivəsində görülən işlərdən danışıblar. Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən özəl şirkətlər sözügedən ixtisaslar üzrə təhsil alan tələbə və məzunlara təcrübə və iş imkanları barəsində məlumat veriblər.
Tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının təşkilati dəstəyi ilə həyata keçirilib.
Tehsil-press.az