Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və BDU nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” mövzusunda elmi mühazirə təşkil olunub.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, tanınmış ədəbiyyatşünas Əsəd Cahangir məruzə ilə çıxış edib. Ə.Cahangir Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Diqqətə çatdırılıb ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin yubiley mərasimləri hələ sovet dövründə ümumittifaq səviyyəsində qeyd edilib.
Ə.Cahangir vurğulayıb ki, qədim Azərbaycan şəhəri Gəncədə dünyaya gələn və bütün həyatını burada yaşayan Nizami Gəncəvinin əsərləri öz mahiyyəti, düşüncə tərzi, obrazlar sisteminə görə bir türk hadisəsidir. Hər hansı bir yazıçının, şairin əsəri mahiyyətinə, düşüncə tərzinə, obrazlar aləminə görə milli məzmun daşıya bilər: “Nizaminin bir türk, Azərbaycan şairi olmasını öyrənmək üçün uzağa getmək lazım deyil. Bunun üçün onun əsərlərinə müraciət etmək lazımdır. Nizaminin əsərlərində onun bir Azərbaycan türkü olmasını isbatlayan xeyli məqamlar, kod və açar vardır”.
Ə.Cahangir Nizami yaradıcılığından nümunələr və görkəmli nizamişünasların əsərlərindən sitatlarla fikirlərini əsaslandırıb.
Sonda İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin və “Gənc istedadlar” liseyinin şagirdlərinin ifasında Nizaminin şeirləri səsləndirilib.
Tehsil-press.az