ADPU-da müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı görüş

ADPU-da müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı görüş Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair maarifləndirici görüş keçirilib.
Görüşdə universitetin 400 nəfərə yaxın sonuncu kurs tələbəsi iştirak edib.
Görüşdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli tərəfindən tələbələr üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə barədə ətraflı təqdimat edilib, onları maraqlandıran suallar cavablandırılıb. Mərkəz direktoru təqdimatında, xüsusilə hazırda daha çox hansı fənlər üzrə müəllim kadrlarına ehtiyac duyulduğu haqqında məlumat verib.
Tədbirdə iştirak edən "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilüfər Rəhimova və "Alqoritmika" şirkətinin layihə meneceri Qəmər Məmmədova da öz növbələrində tələbələrə "Rəqəmsal bacarıqlar" layihəsi və “Code for Future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramı haqqında məlumat verərək, rəqəmsal bacarıqların inkişafı ilə bağlı layihənin təqdim etdiyi İT imkanları, təlim proqramları haqqında danışıblar.
Həmçinin ADPU-da qonaq olan Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar tələbələr önündə çıxış edərək, təhsilin önəmindən, müəllimlik sənətinin əhəmiyyətindən danışıb, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına toxunaraq, bu günün tələbələrinin sabah bu qardaşlığın davamçısı olacaqlarını vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər