18-19 aprel tarixlərində Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən EQAC (“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi ilə bağlı görüş keçirilib. İki gün davam etmiş toplantıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, layihənin universitet üzrə meneceri, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərlinski, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və həmin şöbənin mütəxəssisi Fatimə Rzayeva iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Milli Erasmus+ ofisinin rəhbərliyi, Tvinninq layihəsinin Latviyalı eksperti, layihənin tərəfdaşları olan 10 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər. Dolğun proqram əsasında keçirilən toplantının ilk günündə rəsmi çıxışlardan sonra layihə çərçivəsində görülmüş işlər barəsində layihənin tərəfdaş universitetlərinin hər birinin layihə meneceri tərəfindən təqdimat keçirilib.
ADPU-nun nümayəndələri müzakirələrdə EQAC layihəsi çərçivəsində ötən bir il ərzində universitetdə görülmüş işlər barədə məlumat veriblər. Bildirlib ki, layihənin əvvəlində universitetin cari vəziyyəti öyrənilib, müvafiq sorğu keçirilib, hesabat hazırlanıb, daha sonra əməkdaşlarımız layihə ilə bağlı müxtəlif respublika və beynəlxalqmiqyaslı tədbirlərdə iştirak ediblər. Universitetdə Keyfiyyətin təminatı şöbəsi yaradılıb, keyfiyyətin artırılması məqsədilə ilk dəfə professor-müəllim heyətinin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi tətbiq edilib və bu, müəllimlər üçün motivasiya yaradır. ADPU-da insan resurslarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir, bəzi ixtisaslarının yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər aparılır. Universitetdə professor-müəllim heyətinin işə qəbulu seçki yolu ilə, tədris-köməkçi heyətin işə qəbulu isə müsabiqə yolu ilə həyata keçirilir. Həm seçki, həm də müsabiqə şəffaf, ədalətli və obyektiv keçirilir. Bununla yanaşı, layihənin daha uğurlu tətbiqinə təsir edən bəzi çağırışlar və problemlər də müzakirə edilib.
Ümumilikdə görüşdə Azərbaycan universitetlərində keyfiyyət idarəetmə sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyətin təminatı şöbələrinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”a (ESG) uyğunlaşdırılmasındakı mövcud problemlər və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb. Qeyd olunan qaydaların ilk üç standartı ətrafında aparılmış müzakirələrdən sonra növbəti görüşə qədər yerinə yetirilməsi vacib olan işlər müəyyənləşdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi