Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir

Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir Gürcüstanda davam edən etiraz aksiyasında əsas tələb hökumətin istefası olub.
Aksiya iştirakçıları tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklərini bildiriblər.
Həmçinin, növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib.
Qeyd edək ki, Gürcüstan parlamentinin qarşısına toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər