BDU-da “SABAH magistratura” laboratoriyasının açılışı olub

BDU-da “SABAH magistratura” laboratoriyasının açılışı olub Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində kompüter elmləri ixtisasının kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə “SABAH magistratura” laboratoriyasının açılışı olub.
İxtisaslaşma üzrə tədris planına uyğun olaraq laboratoriyada dərslər və təlimlər keçiriləcək, o cümlədən magistrantlar tərəfindən elmi-tədqiqat işləri aparılacaq.
Qeyd edək ki, “SABAH” qrupları üzrə kompüter elmləri və texnologiyaları ixtisaslaşmasına 2021-2022-ci tədris ilində 51, 2022-2023-cü tədris ilində 49 nəfər qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər