Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub

Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub 2020/2021-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının ilk magistr tələbələri məzun olub.
4 magistrant Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması, 2 magistrant Hüquqşünaslıq istiqamətində “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə təhsilini başa vurur.
Akademiyada magistraturaya qəbul ilk dəfə 2019/2020-ci tədris ilində aparılıb. Magistr tələbələrinin yüksəkkeyfiyyətli təhsil almaları üçün akademiyada müvafiq şərait yaradılıb.
Qeyd edək ki, 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmasına qəbul nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər