BDU-nun tələbələri İsrailin Holon Texnologiyalar İnstitutunda yay məktəbində iştirak ediblər

BDU-nun tələbələri İsrailin Holon Texnologiyalar İnstitutunda yay məktəbində iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) 5 tələbəsi “SABAH Magistratura” layihəsi çərçivəsində İsrailin Holon Texnologiyalar İnstitutunda yay məktəbində iştirak edib.
Tələbələr bir həftə ərzində dərslərdə iştirak edib, laboratoriyaları izləyiblər. Onlar, həmçinin institutun prezidenti professor Eduard Yakubovla görüşüblər. E.Yakubov tələbələrə sertifikat təqdim edib.
Səfər haqqında fikirlərini ifadə edən tələbələr deyib: “Bu səfər bizim dünyagörüşümüzü bir çox cəhətdən genişləndirdi. Ölkəmizə qayıdanda biz müəllimlərimizin və universitet rəhbərlərinin yanına gedib onlara institutda elmə tətbiq olunan yeni multidisiplinar yanaşma və onun BDU-da necə qəbul oluna və tətbiq oluna biləcəyini izah etmək niyyətindəyik”.
“SABAH Magistratura” layihəsinin icrasına 2021-ci ilin sentyabrında başlanılıb. Bu layihə üzrə bir sıra universitetlərlə əməkdaşlıq edilib. Həmin universitetlərdən biri də BDU-dur. “SABAH Magistratura” pilləsi layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ilində ilk dəfə tələbə qəbulunu elan edib və ixtisaslaşmalara Bakı Dövlət Universitetinin Kompüter elmləri və texnologiyaları ixtisası daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər