Koventri Universitetində Azərbaycandakı biznes mühitindən danışılıb

Koventri Universitetində Azərbaycandakı biznes mühitindən danışılıb Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov Koventri Universitetində ölkəmizdə biznes mühiti mövzusunda məruzə ilə çıxış edib.
Məruzə zamanı səfir Azərbaycanla bağlı bir çox mövzulara da toxunub.
Əvvəlcə professor Abraham Cosef səfir E. Süleymanovun fəaliyyətindən söz açaraq, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.
Tədbirin təşkil olunmasında aparıcı rol oynamış azərbaycanlı tələbələr Qlobal biznesin idarəedilməsi fakültəsindən Nigar Əsədova və Beynəlxalq insan resursları fakültəsindən Elmin Daşdəmirli ölkəmiz haqqında qonaqlara məlumatlar veriblər.
Səfir E.Süleymanov Azərbaycanın müasir tarixindən danışaraq, neft sektorunun gəlirlərinin qeyri-neft sektoruna yönləndirilərək əldə olunan uğurlardan bəhs edib. Diplomat qeyd edib: “Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində bütün bölgənin inkişafının qonşu dövlətlərlə birlikdə mümkün ola biləcəyini anladıq. Bunun üçün qonşu dövlətlərlə sabit iqtisadi-siyasi münasibətlərə malikliyi prioritet kimi qəbul etdik”.
Səfir çıxışında Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Şahdəniz qaz-kondensat yataqları kimi bir çox regional və beynəlxalq layihələrdən danışıb.
O, daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edərək, 30 illik danışıqlardan sonra Azərbaycanın özünün BMT TŞ-nin qərarlarını icra etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.
Sonda səfir tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az




Oxşar xəbərlər