Oktyabrın 10-da Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev səfiri universitetdə görməkdən məmnunluğunu bildirib. Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlığın mövcud olduğunu deyən professor tələbələrin bu görüşdən zövq alacaqlarına əminliyini ifadə edib.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir S.Rana rəhbərliyin səfirliklə universitet arasındakı əlaqələrin inkişafına dəstək və qayğısını yüksək qiymətləndirib. Səfir “Mahatma Qandi: Həqiqət və qeyri-zorakılıq carçısı” mövzusunda məruzə ilə çıxış edib. O, öz çıxışında M.Qandinin həyatının ilk illəri, Cənubi Afrikadakı fəaliyyəti, onun Hindistanın müstəqillik mübarizəsində, “Duz yürüşü”ndə və “Hindistanı tərk et” hərəkatındakı rolu, Hitlerə məktubu haqqında ətraflı məlumat verib. M.Qandinin fəlsəfi düşüncələri, “Qandinin talismanı” haqqında danışan səfir onun “Qeyri-zorakılıq-Ahimsa” və “İstədiyin dəyişiklik ol!” ideyalarından bəhs edib. Səfir M.Qandinin mülki itaətkarlıq və bəşər qarşısındakı xidmətlərindən də söz açaraq onun təhsil haqqında fikirlərini tələbələrin diqqətinə çatdırıb.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib. Fəallıq göstərən tələbələrə səfirlik tərəfindən kitab hədiyyə olunub.
Sonda səfir S.Rana ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb.
Qeyd edək ki, universitetdə “Səfir saatı” adlı yeni klub yaradılıb. Bu layihənin məqsədi ADU-ya gələn səfirlərin təkcə müvafiq mərkəzlərlə deyil, digər strukturlar ilə də əlaqələrinin qurulması və onların universitetdə mühazirələrlə çıxış etməsini təmin etməkdir. Hindistan səfirinin mühazirəsi bu layihə çərçivəsində həyata keçirilən ilk tədbirdir.
ADU-nun Mətbuat xidməti