Bakıdakı Almaniya səfirliyindən Almaniya Birlik günü təbriki

Bakıdakı Almaniya səfirliyindən Almaniya Birlik günü təbriki Almaniyanın Azərbaycandakı Səfiri Dr. Wolfgang Manig, 3 oktyabr - Alman Birliyi Günü münasibətilə çıxış edib.
Bizimyol.info xəbər verir ki. Almaniyanın Azərbaycandakı səfirliyinin rəsmi Facebook səhifəsində Alman Birliyi Günü ilə bağlı video paylaşılıb. Videoda Almaniyanın Azərbaycandakı səfiri, ölkəmizdə və ölkəmizdən kənarda yaşayan alman xalqına Alman Birliyi Günü münasibətiylə təbrik ünvanlayıb.
Səfir Dr. Wolfgang Manig, Almaniya Birliyi Günü çıxışı zamanı Almaniyanın tarixindən, Azərbaycanla Almaniya arasındakı müsbət istiqamətdə irəliləməyə davam edən əlaqələrdən və tərəfaşlıqdan da bəhs edib. Xüsusilə, Almaniya ilə Azərbaycanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşı olduğunu qeyd edən səfir, gələcəkdə də bu tərəfdaşlığın davam edəcəyini vurğulayıb.
"Almaniya ilə Azərbaycanın ortaq tarixinin və köklü bağları mövcuddur. İndiki Göygöl ərazisində və 200 il əvvəl yaşayan Alman köçkünlər Şəmkir, Almanların görünən və davamlı varlığının əsasını qoyub. Azərbaycanın bu alman mədəni irsinin qorunmasına dair səylərini çox yüksək qiymətləndiririk." - deyə səfir Dr. Wolfgang Manig, Azərbaycanda alman dilinin tədris olunmasından bəhs edib. 50 min azərbaycanlının alman dili öyrənməsini və Almaniya universitetlərində təhsil seçimi etməsini qeyd edən səfir Dr. W.Manig, Azərbaycanda yay məktəbinə gələn alman təqaüdçülərin səfər haqqında müsbət rəylərinin olduğunu və Bakı şəhərinin gözəlliyindən təsirləndiklərini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər