Rusiya ordusunun Kiyev istiqamətində atdığı bütün İranın “Shahed” tipli kamikadze dronları paytaxt yaxınlığındakı səmada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Eyni zamanda, vurulmuş hədəflərin qalıqları paytaxtın Svyatoşin rayonunda qeyri-yaşayış sahələrinə düşərək yanğına səbəb olub.
Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələrimiz Kiyev ətrafındakı hava məkanında bütün düşmən hədəflərini aşkarlayaraq məhv edib. Kiyevin Svyatoşin rayonunda PUA-nın qalıqları qeydə alınıb, nəticədə 200 kvadratmetr qeyri-yaşayış binasında yanğın baş verib”,- deyə məlumatda bildirilir.
Ölən və xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.
Tehsil-press.az