Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir

Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.
İntensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.


Tehsil-press.az

Oxşar xəbərlər