Son həftədə Kiyev vilayətində 11 minə yaxın partlayıcı zərərsizləşdirilib

Son həftədə Kiyev vilayətində 11 minə yaxın partlayıcı zərərsizləşdirilib Kiyev vilayətində xilasedicilər son bir həftə ərzində 11 minə yaxın partlayıcı zərərsizləşdirib.
Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk telemarafonda bildirib.
Onun sözlərinə görə, hər sutka Kiyev vilayətində mindən artıq partlayıcı zərərsizləşdirilir.
“Vətəndaşlardan Kiyev vilayətinə hələ dönməməyi xahiş edirik, çünki Sizin həyatınızın təhlükəsizliyinə zəmanət yoxdur”, - deyə Pavlyuk əlavə edib.
Kiyev vilayətində minalardan təmizləmə işləri davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər