1918-ci ilin mart ayında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı tariximizin qanlı səhifəsidir.
Bu fikri müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov söyləyib. O bildirib ki, ermənilərin XX əsr boyu azərbaycanlılara qarşı kütləvi şəkildə törətdikləri soyqırımı qan yaddaşımızdan heç vaxt silinməyəcək. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xüsusi amansızlıqla həyata keçirilib. Həmin ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, mədəniyyət abidələrimiz dağıdılıb, məhv olunub. Düşmənin bədnam məqsədi xalqımıza qəsd etmək, öz çirkin niyyətlərinə çatmaq olub.
1918-ci ilin mart-aprel aylarında erməni terrorçuları tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib.
“Lakin ermənilərin mənfur niyyəti həmişə gözündə qalıb. Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın qəhrəman, vətənpərvər olduğunu dünyaya göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Biz Böyük Qələbə qazandıq”- deyə F.Cabbarov bildirib.
O qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə bu gün geniş quruculuq tədbirləri həyata keçirilir.
Tehsil-press.az