Rusiya və ABŞ Baş Qərargah rəisləri gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər (YENİLƏNİB)

Rusiya və ABŞ Baş Qərargah rəisləri gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər (YENİLƏNİB) Rusiya və ABŞ Baş Qərargah rəisləri Bakıdakı görüşdə gərginliyin azaldılması, risklərin qarşısının alınması ilə bağlı birgə ölçü götürmək barədə razılığa gəliblər.

Bu barədə Təhsil-press.az xəbər verir. Rusiya Müdafiə Nazirliyinin mətbuatda yayılmış məlumatında deyilir: "Hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib".
Məlumatda hmçinin deyilir: "ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ABŞ-Rusiya arasında hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Əlaqələrin davam etdirilməsinə dair razılıq əldə ediblər".

Təhsil-press.az

Oxşar xəbərlər