Misir rəsmiləri “The Washington Post” nəşrinin bu ölkənin Rusiya üçün 40 min ədəd raket istehsal etdiyi və gizlin şəkildə göndərdiyi barədə xəbərləri təkzib ediblər. “Əl Qahirə” telekanalına müsahibə verən Misir rəsmisi bu xəbərlərin yalan və “həqiqətdən uzaq” olduğunu bildirib.
“The Washington Post” ABŞ kəşfiyyatının sızdırılan məlumatına istinadla yazıb ki, Misir Rusiya ilə əldə etdiyi gizli anlaşmaya uyğun olaraq öz ərazisində 40 min ədəd raket istehsal edib və onları dəniz yolu ilə göndərib. Qəzetin xəbərində deyilir ki, Misir hökuməti Qərblə əlaqələri təhlükə altına atmamaq üçün rəsmi şəxslərə bu sövdələşməyi gizli saxlamaq barədə göstəriş verib. Həmçinin Qahirə Rusiyaya artilleriya mərmiləri göndərmək barədə öhdəlik götürüb.
Qəzetin materialında bildirilib ki, sızan sənədlər oyunçular arasında populyar söhbət proqramı olan “Discord”da fevral və mart aylarında yerləşdirilən məxfi faylların görüntülərindən əldə edilib. Lakin həm Misir, həm də ABŞ hökumət rəsmilərinin qəzetə verdiyi açıqlamalar bu iddianı şübhə altına alır. “Rəsmi Qahirənin əvvəldən mövqeyi bu böhrana (Rusiya-Ukrayna müharibəsi) qarışmamaq və hər iki tərəflə bərabər məsafə saxlamaqdır, eyni zamanda, Misir BMT Baş Assambleyasının qətnamələrinə, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa dəstəyini bir daha təsdiq edir”, -deyə Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd ittihamlara cavab olaraq vurğulayıb. O əlavə edib: “Biz hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik”.
Bazar ertəsi telekanalın sitat gətirdiyi Misir rəsmisi eyni mövqeyi təkrarlayaraq, rəsmi Qahirənin bütün beynəlxalq tərəflərlə balanslaşdırılmış siyasət yürütdüyünü, sülh, sabitlik və inkişafın bu siyasətin əsas determinantları olduğunu vurğulayıb.
ABŞ hökumətinin anonim rəsmisi isə “The Washington Post” qəzetinə müsahibəsində deyib ki, Birləşmiş Ştatların kəşfiyyatı bu planın həyata keçirilməsindən xəbərdar deyil.
Tehsil-press.az