"Bakı və İrəvanın Laçın yolu ilə bağlı təklifləri var”

"Rusiya Laçın yolunun tam olaraq açılmasının tərəfdarıdır”.
Bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi, sülhməramlı kontingentinin komandanlığı və XİN tərəfindən müvafiq səylər göstərilir.
Zaxarova qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfinin sözügedən məsələ ilə bağlı detallı təklifləri var.

Tehsil-press.az


Oxşar xəbərlər