AzMİU tələbələri Tusi-Bohm Planetariumda

AzMİU tələbələri Tusi-Bohm Planetariumda Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı Tusi-Bohm Planetariumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “SABAH” qrupu tələbələri ilə görüş keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova tələbələrə kosmik eranın tarixi, kosmik uçuşların inkişaf mərhələləri haqqında məlumat verib, bu sahənin insanlar üçün əhəmiyyətindən bəhs edib. 74-cü Beynəlxalq Astronavtika Konqresinin bu il Bakıda keçiriləcəyi xüsusilə qeyd olunub və ölkəmizin beynəlxalq astronavtika ailəsində artan nüfuzuna diqqət çəkilib.
Görüşdə tələbələrin sualları cavablandırılıb və bu sahədə karyera imkanları müzakirə olunub.
Sonda astronavtika tarixindən və kosmik tədqiqatlardan bəhs edən film izlənilib.
Qeyd edək ki, AzMİU-da tələbələrin kosmik istiqamətdə ideyalarının reallaşdırılması işinə xüsusi diqqət göstərilir. Bundan əlavə, AzMİU ilə Milli Aerokosmik Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb və yaxın gələcəkdə iki qurum tərəfindən birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər