Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “EkoSfera” Sosial-Ekoloji Mərkəz və “Tusi-Bohm Planetarium”un təşkilatçılığı, “Azərkosmos” ASC, Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası, Beynəlxalq Astronomiya İttifaqının Azərbaycan Nümayəndəliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “Məktəblilərin virtual astronavt yay məktəbi” layihəsi yekunlaşıb.
Pandemiya ilə əlaqədar virtual təşkil olunan yay məktəbinin əsas məqsədi astronomiya, astrofizika, ekologiya, biologiya, fizika, dizayn və mühəndislik istiqamətlərində gənclərin bilik və maraqlarının artırılmasıdır. Yay məktəbinin yekununda yoxlama imtahanında yüksək nəticə göstərən, astronomiya və astrofizika üzrə istedadlı və yaradıcı təfəkkürü ilə fərqlənən 50 məktəblidən ibarət Azərbaycanın Gələcək Astronavtlarının İlk Kosmik Komandasının yaradılması planlaşdırılır. 2020-2021-ci tədris ili boyunca komandanın elmi potensial imkanlarının inkişafını təmin etmək və tədqiqat bacarıqlarını artırmaq məqsədilə beynəlxalq astronomiya, ekoloji layihə və olimpiadalarda iştirakı nəzərdə tutulur.
Yay məktəbinin proqramına “Kosmik biologiya”, “Ulduzların həyatı”, “Peyklər və Azərbaycanın peykləri”, “Yeri kosmosdan öyrənək”, “Astronomiya”, “Həyatımızdakı “fizika” kimi mövzular daxil edilib və “Azərkosmos” ASC-yə, Şamaxı Astrofizika Rəsədxanasına və Milli Aviasiya Akademiyasına virtual turlar keçirilib.
Beş gün ərzində “Zoom” proqramı vasitəsilə keçirilən məktəblilərin virtual astronavt yay məktəbində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Bioekologiya kafedrasının dosenti, biologiya elmləri namizədi Firuzə Sultanzadə, Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva, “Tusi-Bohm Planetarium”un direktoru Famil Mustafa, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, aparıcı elmi işçilər Ədalət Ətai, Aynurə Məsimova, gənc mütəxəssis Arzu Orucova, “Azərkosmos” ASC-nin aparıcı peyk mütəxəssisi Rüstəm Zalıyev, Yerüstü sistemlərə xidmət qrupunun aparıcı mühəndisi Coşqun Qarayev, Milli Aviasiya Akademiyasının Ətraf mühitin aerokosmik monitorinqi kafedrasının üzvü Sona Quliyeva, Respublika Fizika Olimpiadası qalibi, Beynəlxalq Fizika Olimpiada iştirakçısı Abdullah Bazarov məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, virtual astronavt yay məktəbi sosial şəbəkələrdə canlı yayımlanıb, maraqlanan gənclərin proqrama qoşulması və yararlanması üçün imkan yaradılıb. Proqrama Bakı ilə yanaşı, respublikanın regionlarından da fəal məktəblilər qoşulublar.
Tehsil-press.az