Daxili İşlər Nazirliyində (DİN) Kollegiya iclası keçirilib.
İclasda nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət 2023-cü ilin I rübündə də davam etdirilib.
Ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 9.448 cinayətin 83,5 faizi, o cümlədən keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb.
Bir sıra cinayətlər 2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib. Axtarışda olan 1.572 şəxs tutulub, 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz odlu silah daşıyan 59 nəfər məsuliyyətə cəlb edilib.
Qanunsuz dövriyyədən 1 ton 418 kiloqram narkotik çıxarılıb. Müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib.
183 kütləvi tədbir və işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti vəzifələrini tam yerinə yetirib.
Nazir vətəndaş qəbulları zamanı 1.258 nəfəri qəbul edib. 23 mindən çox müraciəti araşdırılıb.
V.Eyvazov ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq göstərmiş 136 əməkdaşın mükafatlandırıldığını diqqətə çatdırıb.
Əldə etdiyimiz məlumata görə, mükafatlandırılanlar arasında bu il Bakıda “Bravo” supermarketdə, eləcə də deputat Fazil Mustafaya qarşı silahlı hücumlar zamanı cinayətkarların tutulması və zərərsizləşdirilməsində iştirak edən polis əməkdaşları da olub.
Tehsil-press.az