Bu ilin 8 ayında narkotiklə əlaqəli 5 min 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Bu ilin 8 ayında narkotiklə əlaqəli 5 min 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib Daxili işlər orqanları əməkdaşları tərəfindən cari ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 min 344 fakt aşkarlanıb.
Bu faktlar üzrə 5 min 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.
Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kiloqram narkotik vasitə və 291 kiloqram psixotrop maddə çıxarılıb.

Tehsil-press.az


Oxşar xəbərlər