Dövlət Vergi Xidməti BDU tələbələrinə təlim keçib

Dövlət Vergi Xidməti BDU tələbələrinə təlim keçib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı Dövlət Universitetində (BDU) tələbələr üçün təşkil olunan “Yay təcrübə proqramı” çərçivəsində təqdimat keçirib.
Təqdimatda DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları tərəfindən tələbələrə təcrübə proqramı, həmçinin proqramda iştirak üçün qeydiyyat prosesi və seçim mərhələləri haqqında ətraflı məlumat verilib.
Sonra DVX-nin Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi”, “Vergi məsuliyyəti nədir?” mövzuları üzrə təlimlər keçirilib.
“Yay təcrübə proqramı”na qeydiyyat aprelin 30-dək davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər