Qazaxıstanlı tələbələrin BDU-da təşkil edilən təcrübə proqramı başa çatıb

Qazaxıstanlı tələbələrin BDU-da təşkil edilən təcrübə proqramı başa çatıb Qazaxıstanın L.Qumilev adına Avrasiya Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən adıçəkilən universitetin 16 magistrantı BDU-da təcrübə keçib. Universitetin Karyera Mərkəzi tərəfindən tərəfindən təşkil edilən təcrübə proqramı Qazaxıstan tələblərinin ixtisaslarına uyğun olaraq Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrində təşkil olunub. Proqramı uğurla başa çatıb və tələbələrə sertifikatlar, BDU xatirə hədiyyələri təqdim edilib.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər