“Azərbaycan inşaatında Heydər Əliyev İrsi” – elmi konfrans

“Azərbaycan inşaatında Heydər Əliyev İrsi” – elmi konfrans Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan inşaatında Heydər Əliyev İrsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən söz açıb, Ulu Öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və sarsılmaz qətiyyətindən bəhs edib. O, Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurların əldə olunduğunu, yeni yaşayış massivlərinin salındığını, ucqar rayonlara qaz xətlərinin çəkildiyini deyib.
Universitetin ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Orxaq Naqdiyev Ulu Öndərin təhsil və gənclər siyasətinə diqqət çəkib. Prorektor hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsini, onun təşəbbüsü və gərgin səyləri ilə Cənubi Qafqazın, o cümlədən ölkəmizin memarlıq və inşaat sahəsi üzrə ilk və ən böyük ali məktəbi – İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universiteti) yaradılmasını xüsusilə qeyd edib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvi, AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. O qeyd edib ki, Ulu Öndərin dövründə əsası qoyulan gənclər siyasəti gənclərin imkan və bacarıqlarını düzgün qiymətləndirməyə, onların fərdi inkişafı ilə dövlətimizin inkişafına zəmin yaradıb.
Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dahi liderin bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışdığını deyib.
Daha sonra İctimai fənlər kafedrasının dosenti Gülnarə Abbasovanın “Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev məktəbinin əvəzsiz rolu”, İnşaat konstruksiyaları kafedrasının baş müəllimi Masil Dəmirovun “Heydər Əliyev – Müasir Azərbaycanın banisi” mövzularında məruzələri dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər