Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri bu gün Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun həyata keçirdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində sertifikatlar və diplomlarla təltif olunublar.
Münsiflər Heyətinin qərarına əsasən, Şuşa layihəsi üzrə Sevinc Məmmədova I, Elmira Mahmudova II, Ömər Məmmədov III yerin qalibi olub. Ağdam layihəsi üzrə II yeri Qəmər Mehdizadə qazanıb, Minə Yusublu II, Əsmər Ramazanlı isə III yerə layiq görülüb. Fondun icraçı direktoru Orxan Naqdiyev, universitetin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.
Tehsil-press.az