AzTU-nun basketbol komandası finala yüksəlib

AzTU-nun basketbol komandası finala yüksəlib Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilən “TamGənc” Tələbə Basketbol Liqasının yarımfinal mərhələsi başa çatıb.
Yarımfinalda Texniki Universitetin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 114:60 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Qeyd edək ki, AzTU komandası finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər