“Putinin yerinə oxşarı işləyir” xəbərinə - Kremldən reaksiya

“Putinin yerinə oxşarı işləyir” xəbərinə - Kremldən reaksiya “Rusiya Prezidenti Vladimir Putinin oxşarının olması ilə bağlı açıqlamalar yalandır”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Yəqin siz eşitmisiniz ki, Putinin bunkerdə oturarkən onun yerinə işləyən çoxlu dublyorları var. Bu da başqa bir yalandır. Görürsünüz ki, bizdə necə prezident var. O, əslində, meqaaktivdir. Biz, Putinlə yanaşı işləyənlər çətinliklə onunla ayaqlaşırıq. Onun enerjisinə ancaq paxıllıq etmək olar. Əlbəttə ki, o, heç bir bunkerdə oturmayıb. Bu da yalandır” - Peskov bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər