Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Beynəlxalq konfrans UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilində məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında rolunu, eləcə də iki ölkənin iqtisadi, enerji və mədəni əməkdaşlıq layihələrini müzakirə etmək olub.
Beynəlxalq konfransda UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya və Azərbaycanın dövlət nümayəndələri, ictimai xadimlər, rus və azərbaycanlı icmaların nümayəndələri, tədqiqatçı və ekspertlər iştirak ediblər.
Konfransın açılışında Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İqor Maksimtsev çıxış edərək Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Bu əməkdaşlıqda universitetlərin rolunu xüsusi qeyd edib.
Ədalət Muradov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində Ümummilli Liderə həsr olunmuş tədbirlər keçirildiyini bildirib. Konfransın Sankt-Peterburq şəhərində keçirilməsinin iki əsas məqamını diqqətə çatdıran rektor, Ulu Öndərin vaxtilə bu şəhərdə ali təhsil aldığını diqqətə çatdırıb. Həmçinin UNEC-in əvvəllər Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Bakı şəhərindəki filialı kimi fəaliyyət göstərdiyini xatırladıb. Ədalət Muradov konfransın hər iki universitet arasında yeni əməkdaşlığın inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.
Beynəlxalq konfransda Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti və misilsiz xidmətləri haqqında maraqlı məruzələr dinlənilib.
Plenar iclasda UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Olunması Departamentinin direktoru professor Zahid Məmmədovun Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu haqqında məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfrans çərçivəsində “Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq: Heydər Əliyevin rolu və inkişaf üçün yeni impulslar” mövzusunda təşkil olunan dəyirmi masada Rusiya və Azərbaycan arasında Avrasiya mədəniyyətlərinin dialoqu, təhsil və elm, iqtisadiyyat və sənaye, enerji və logistika sahələrində əməkdaşlığın yeni imkanları nəzərdən keçirilib.
UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova və Tətbiqi iqtisadiyyat kafedrasının müdiri dosent Sevinc Abbasova təmsil etdikləri fakültə və kafedranın fəaliyyəti ilə bağlı çıxış ediblər.
Konfrans çərçivəsində UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektorları arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər arasında müəllim və tələbələrin akademik mübadilələrinin stimullaşdırılması, birgə təhsil proqramlarının hazırlanması, elmi konfransların təşkili, tədqiqatların aparılması və elmi məqalələrin nəşri nəzərdə tutulub.
Səfər zamanı UNEC kollektivi dahi şəxsiyyət Heydər Əliyevin Sankt-Peterburqdakı xatirə lövhəsini ziyarət edərək, önünə güllər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tehsil-press.az