SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “SABAH.academy” proqramını mənimsəmiş tələbələrinə sertifikatlar təqdim olunub.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Təqdimat mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış “SABAH.academy” sahibkarlıq mədəniyyətinin gənclər arasında formalaşdırılmasına xidmət edən layihədir. Təlimlərin tələbələrin innovativ düşüncələrinin inkişafına töhfə verəcəyinə inandığını deyən E.Qasımov bir neçə modulun da kurslara salınmasını tövsiyə edib.
14 həftə davam edən təlimləri uğurla bitirən BANM-in 38 tələbəsi sertifikata layiq görülüb. Kurs müddətində onlar mühazirələr, seminarlar, müzakirələr, qrup işi və fərdi tədqiqatlar vasitəsilə bilik və bacarıqlarını artırıblar.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qeyd edib ki, müasir dövrdə tələbələrin hədəfi yalnız diplom alıb iş tapmaq və işləmək deyil, həm də məzun olduqdan sonra innovativ iş qurmaq və sahibkarlıqla məşğul olmaqdır.
“Sabah.academy”nin icraçı direktoru Fərhad Paşayev kursun məzunu olan tələbələr arasından sahibkarlar yetişəcəyinə inandığını bildirib.
Sonda tələbələrə sertifikatlar təqdim edilib.
Tehsil-press.az