Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsi çərçivəsində keçirilən növbəti kurs yekunlaşıb. BANM, ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan və kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.
İştirakçılara sertifikatları bu ali məktəbin rektoru Elmar Qasımov təqdim edib və onlara uğurlar arzulayıb.
Sözügedən universitetlərin mühəndislik ixtisasları üzrə təhsil alan 50-dək III, IV və V kurs tələbəsi iki həftə müddətində 6 modul üzrə təlim keçib. Bura “Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarə edilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik” modulları daxildir. Kurs ingilis dilində aparılıb.
Qeyd edək ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsidir.
Tehsil-press.az