Ədəbiyyat İnstitutunda türkiyəli ziyalılarla görüş

Ədəbiyyat İnstitutunda türkiyəli ziyalılarla görüş AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyədən gəlmiş ziyalılarla görüş keçirilib.
Görüşdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən bəhs edib, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladıb. AMEA rəhbəri bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb, iki qardaş ölkə arasındakı münasibətlərin Ümummilli Liderin qoyduğu təməllər üzərində sürətlə inkişaf edib yeni mərhələyə yüksəldiyini vurğulayıb.
“Azərbaycan sözün əsl mənasında sürətlə inkişaf edir, intibah dövrü yaşayır. Bu günlərdə Heydər Əliyev günləri başlayıb, bayram içindəyik. Bütün hallarda Türkiyə ilə birlikdəyik. Bunun əsasını da Ulu Öndər Heydər Əliyev qoyub. Bu il Türkiyə Cümhuriyyətinin 100 illiyidir. Bu, Azərbaycan üçün bir bayramdır. Hayrettin İvgin türk dünyasında elmin, mədəniyyətin inkişafında etibarlı körpüdür. Onun rəhbərliyi ilə bura gəlməyiniz bizim üçün çox qiymətlidir. O, Türkiyəyə yüzlərlə etibarlı dost qazandırıb”, - deyən akademik İsa Həbibbəyli sarsılmaz münasibətlərin əbədi olacağına inamını ifadə edib.
Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri Hayrettin İvgin Azərbaycana səfərlərindən məmnun qaldıqlarını dilə gətirib. Vüqar Əhmədi 60 illik yubileyi münasibətilə təbrik edərək ona Dünya Söz Akademiyası Başqanlığının “Şərəfli ömür bəlgəsi”ni təqdim edib.
Görüşdə Türkiyədən gəlmiş qonaqlar və Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnstitutunun direktoru professor Elçin İsgəndərzadə çıxış edərək Türkiyə və Azərbaycan arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafında alimlərin də böyük əməyi olduğunu vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər