Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyənin ölkəmizdə səfərdə olan bir qrup universitet rəhbərləri ilə görüşüb.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən söz açan akademik İsa Həbibbəyli xalqlarımızın ortaq dil, din və mədəni birliyinin sarsılmaz tarixi köklərə bağlı olduğunu xüsusi vurğulayıb. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin bu gün ölkələrimizin prezidentləri tərəfindən daha da möhkəmləndiyini diqqətə çatdıran AMEA rəhbəri bu birliyin digər türk dövlətlərini də əhatə etdiyini bildirib. Akademik qarşılıqlı elmi əlaqələrin bütün istiqamətlər üzrə bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Qafqaz Universitetlər Birliyinin sədri professor Ramazan Qorxmaz, Fatih Sultan Mehmet Vakıf Universitetinin rektoru professor Muhammed Fatih Andı və İstanbul Gelişim Universitetinin prorektoru professor Nəcməddin Maraşlı çıxış edərək iki qardaş xalqın bütün sahələrdə yüksək dinamika ilə inkişaf edən əlaqələrindən söz açıblar. Ölkələrimizin elm və təhsil sahəsində bütün istiqamətlər üzrə qarşılıqlı əlaqələrinin son illərdə daha da möhkəmləndiyi xüsusi vurğulanıb.
Görüşdə Başkənd Universitetinin rektor vəkili professor Haldun Müdərrisoğlu, Qafqaz Universitetlər Birliyinin dosenti Canan Qorxmaz, Fatih Sultan Mehmet Vakıf Universitetinin baş katibi Fatih Hastemir, həmin universitetin müəllimləri Necla Hastemir və Kübra Andı, Balıkesir Universitetinin müəllimləri İhsan Kısadere və Kutlu Ergün də iştirak ediblər.
Tehsil-press.az