ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib

ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib Azərbaycan Dillər Universitetində (ADU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib.
Tədbir Elmi kitabxana və informasiya xidməti mərkəzi, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının baş müəllimi Rəna Əhmədova və Təhsil 2 fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Tələbələrdən Aygül Hacızadə, Riyad İbayev və Şahin Hacıyev təqdimatla çıxış ediblər. Aytəkin Əsgərova isə Mirvarid Dilbazinin Zərifə Əliyevaya həsr olunmuş şeirini səsləndirib.
Tədbirdə universitetin və kafedranın digər əməkdaşları da iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər