Hər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə Əliyeva

Hər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə Əliyeva UNEC-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, dosent Mikayıl Zeynalov görkəmli alim Zərifə xanım Əliyevanın dünya oftalmologiya elminə böyük töhfələr verdiyini, onun keçdiyi şərəfli həyat yolunun hər bir alim və Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik məktəbi olduğunu diqqətə çatdırıb. Görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində boya-başa çatan Zərifə xanımın ömrünün sonunadək müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevə mənəvi dayaq olduğunu, vətənə layiqli övladlar yetişdirdiyini vurğulayıb.
Səbail rayon YAP Qadınlar Şurasının sədri, UNEC-in dosenti Təranə Kərimova ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyindən danışıb.
Tədbirdə çıxış edən millət vəkili, UNEC-in kafedra müdiri, professor Xanhüseyn Kazımlı, əməkdar müəllim Hacan Hacıyev, YAP Siyasi Şurasının üzvü, politoloq Svetlana Bayramova və digər natiqlər Zərifə xanım Əliyevanın elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərindən bəhs ediblər, akademikin yaddaşlara əbədi həkk olunan şərəfli və mənalı bir ömür yaşadığını, onun həyat yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunu qeyd ediblər.
Tədbirdə Sevil Əliyevanın anası Zərifə xanıma həsr etdiyi “Əziz anam” elegiyası səsləndirilib. UNEC-in məzunu Könül Qurbanova Cəfər Cabbarlının “Ana” şerini söyləyib.

UNEC-in Mətbuat Xidməti


Hər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə ƏliyevaHər bir azərbaycanlı üçün kamillik məktəbi - Zərifə Əliyeva

Oxşar xəbərlər