Müəllimlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatlandırıcı görüş keçirilib.
Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında müəllimlərə ətraflı məlumat verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.
Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər