MDU-nun Bakı filialı 2023/2024-cü tədris ili üçün magistraturaya qəbul elan edir

MDU-nun Bakı filialı 2023/2024-cü tədris ili üçün magistraturaya qəbul elan edir M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2023/2024-cü tədris ili üçün magistraturaya qəbul elan edir.
Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlar elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) yerləşdirilib.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu mayın 22-dən iyunun 23-dək elektron qaydada aparılacaq.
Ərizə filialın msu.az saytında və yaxud DİM-in dim.gov.az saytında veriləcək keçid vasitəsilə doldurula bilər.
Daha ətraflı məlumat əldə etmək üçün [email protected] elektron poçt ünvanına yaza və ya göstərilən telefon nömrələrinə zəng etmək olar: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mobil)

Tehsil-press.az


Oxşar xəbərlər