Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə Memarlıq fakültəsinin tələbələri Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə ekskursiya ediblər.
Tələbələr muzeydəki qeyri-adi ekspozisiyalarla tanış olublar. Onlara əsərlər haqqında geniş məlumat verilib. Tələbələr “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda və Qala qəsrində də olublar.
Qeyd edək ki, “Tullantıdan sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılıb. Burada nümayiş edilən əsərləri insanların lazımsız hesab etdiyi tullantılardan hazırlanıb. Muzeydə 30 ölkədən 80-dək incəsənət adamının sənət əsərləri nümayiş olunur.
Tehsil-press.az