Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Tullantıdan sənətə” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənc nəslə ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqları aşılamaqdır.
Mərkəzdə təşkil edilən sərgidə “Dekorativ rəsm” dərnəyinin üzvlərinin ekoloji mövzuda hazırladıqları 50-yə yaxın əl işi nümayiş olunub. Mərkəzin gənc rəssamları tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyalarını təqdim ediblər.
Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Bakı Dövlət Universiteti və digər qurumların nümayəndələri iştirak ediblər.
Sonda dərnək üzvləri sərgidə fəal iştiraklarına görə diplomlarla təltif olunublar.
Tehsil-press.az