Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin dizaynerləri” layihəsi çərçivəsində Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinin bu sahədə tanınmış mütəxəssislərlə silsilə görüşləri davam edir. Ötən gün gələcəyin dizaynerləri layihə çərçivəsində daha bir görüşdə iştirak ediblər.
Bu dəfə tələbələr heykəltaraş, rəssam, dizayner Çingiz Babayevlə tanış olublar. “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil olunan görüşdə tələbələr rəssamın emalatxanasının prototipi kimi təqdim olunan “İNSƏN” adlı fərdi sərgisində onun əl işləri ilə tanış olublar.
Çingiz Babayev gələcək dizaynerlərə peşəkar fəaliyyətindən danışıb, uzun illər topladığı təcrübəsini bölüşüb, onlara dəyərli tövsiyələrini verib. Rəssam tələbələri maraqlandıran sualları da cavablandırıb.
Tehsil-press.az