Tələbələr Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar

Tələbələr Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi universitetin Heydər Əliyev Muzeyini ziyarət edib.
Tələbə Həmkarlar Komitəsinin sədr müavini Şahmar Rəfili Ulu Öndərin həyat və fəaliyyəti, idarəetmə bacarığı, xüsusilə milli təəssübkeşlik üzərində qurulan gənclər siyasəti haqqında tələbələrə geniş məlumat verib.
Sonra tələbələr muzeydə Ulu Öndərlə bağlı fotolar və digər materiallarla tanış olublar.
Qeyd edək ki, AzMİU-nun Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və videolarla yanaşı, onun universitetlə bağlı qərarları, eləcə də ölkəmizin memarlığı, inşaat sektorunun inkişafı ilə əlaqədar xidmətlərini nümayiş etdirən müxtəlif materiallar yer alır.

Tehsil-press.az



Oxşar xəbərlər