BMU-nun tələbəsi ABŞ-ın nüfuzlu universitetinə qəbul olub

BMU-nun tələbəsi ABŞ-ın nüfuzlu universitetinə qəbul olub Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi nüfuzlu ali təhsil ocağına tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub.
Belə ki, universitetin pedaqoji fakültəsinin “Fizika müəllimliyi” (tədris ingilis dili) ixtisasının son kurs tələbəsi Arzu Alxanova ABŞ-ın Şimali Karolina Dövlət Universitetində (North Carolina State University) “Fizika” ixtisası üzrə doktorantura pilləsində təhsil alacaq.
Tələbə üçün adıçəkilən universitetdən ayrılan illik təqaüd 55 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, A.Alxanovanın 2022/2023-cü tədris ilində ümumi orta müvəffəqiyyət göstəricisi 99,1 bal olub.

Tehsil-press.az


Oxşar xəbərlər