AzTU-nun üç tələbəsi “Erasmus+” proqramı çərçivəsində xaricdə təhsil alacaq

AzTU-nun üç tələbəsi “Erasmus+” proqramı çərçivəsində xaricdə təhsil alacaq Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestrində “Erasmus+” proqramı çərçivəsində xaricdə təhsil alacaq.
Rektor Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb.
Qeyd edək ki, metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi İlqar Qənbərov Türkiyənin Bursa Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Emil Gebekbəyov və Ramiz Səlimov isə Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində bir semestrlik təhsil almaq üçün təqaüd qazanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər