AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” konfransı keçirilib

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” konfransı keçirilib Azərbaycan Texniki Universiteti (AzTU), IMAQ Araşdırma Qrupu və İslamabad Vəqf Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “6-cı CODE Beynəlxalq Bakı 2023” (6th International Conference of Developing Entrepreneurs) konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Liderin büstü önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev region ölkələrində texnologiya, innovasiya və kommersiyalaşdırmanın inkişafına yönəlmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Azərbaycanın innovativ sahədə əldə etdiyi nailiyyətlərdən danışan rektor müasir texnologiyaların inkişafında texniki universitetlərin rolunu və önəmini xüsusi vurğulayıb. Vilayət Vəliyev AzTU-da universitet-sənaye işbirliyinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən yeniliklər haqqında da ətraflı məlumat verib.
Daha sonra çıxış edən Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Khurram Javaid Bhatti, Pakistanın Azərbaycandakı səfirinin müavini Moazzam Ali Sahito, İslamabad Vəqf Universitetinin rektoru Şaqufta Akhtar, Konya Texnokəndinin prezidenti Mehmet Hamurcu və başqaları texnoloji tərəqqi, innovasiyaların sənayedə tətbiqi, elmi tədqiqatların kommersiyalaşdırılması ilə bağlı universitet texnoparklarının əhəmiyyətindən danışıblar.
Konfrans işini panel iclaslarla yekunlaşdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər