AzTU-da beynəlxalq konfransda mühəndislik sahəsində son tədqiqatların nəticələri müzakirə edilib

AzTU-da beynəlxalq konfransda mühəndislik sahəsində son tədqiqatların nəticələri müzakirə edilib Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Beynəlxalq Mühəndislik Elmləri Konfransı keçirilib.
Konfransın məqsədi mühəndislər, elm adamları və sənaye tərəfdaşlarının mühəndislik sahəsində son elmi-tədqiqat nəticələrini müzakirə etmək və geniş auditoriyaya çatdırmaq üçün bir platforma təmin etməkdir.
İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, konfransda 15 ölkənin mühəndislik sahəsi üzrə alimləri, tədqiqatçıları iştirak edirlər. İki gün ərzində iştirakçılar mühəndislik sahəsində tədqiqatlarını paylaşaraq təcrübə körpüsü yaradacaq.
Sonra İKSAD-ın baş əlaqələndiricisi Atabek Movlyanov, “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov, professor Abdulla Sofiyev çıxış ediblər.
Konfransda onlayn formatda bölmə iclasları keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər