Naxçıvanda “Poeziya günləri” - Vüqar Əhmədlə görüş

Naxçıvanda “Poeziya günləri” - Vüqar Əhmədlə görüş Naxçıvan Dövlət Universitetində (NDU) “Poeziya günləri” çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru professor Vüqar Əhmədlə görüş keçirilib.
Tədbirdə çıxış edən rektor Elbrus İsayev “Heydər Əliyev İli” çərçivəsində universitetdə silsilə tədbirlər keçirildiyini bildirib və görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda elm və təhsilin inkişafına böyük qayğısından danışıb. Rektor Vüqar Əhmədin elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından da söz açıb.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışıb. Qeyd edib ki, Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi ustalıqla bacarır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri yazıçı-şair, dramaturq, publisist Asim Yadigar Azərbaycan ədəbiyyatında öz dəst-xəti ilə Vüqar Əhmədin ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən bəhs edib. Qeyd edilib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar Əhməd həm də bir şəxsiyyət olaraq gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması prosesində fəallığı ilə seçilir.
Tədbirdə tələbələr Vüqar Əhmədin şeirlərini səsləndirib, konservatoriyanın müəllim və tələbələri əsərlərinə yazılan mahnıları ifa ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər