AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin “Multikultural mühit və ədəbiyyat” kitabı çapdan çıxıb.
Əsərdə “multikulturalizm” və “multikultural mühit” anlayışlarının elmi-nəzəri dərki, ümummədəni inkişaf, etnik-mədəni müxtəlifliyin əsasları, multikultural mühitin formalaşmasının başlıca səbəbləri, ədəbiyyata təsiri problemləri araşdırılır. Bundan əlavə, istər milli ədəbiyyatımızın klassik və müasir yaradıcılıq nümunələrində, istərsə də əcnəbi sənətkarların Azərbaycan multikultural mühitinə dərin maraq və təəssüratları əsasında yaratdıqları əsərlərdə çoxmədəniyyətliliyin spektrləri, multikulturalizmin müasir Azərbaycan dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi və digər bu kimi məsələlərdən bəhs olunur.
Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli və filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxovdur.
Kitab ədəbiyyatşünas alimlər, filosoflar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tehsil-press.az