“İdrak” liseyində Vüqar Əhmədlə görüş

“İdrak” liseyində Vüqar Əhmədlə görüş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhmədlə “İdrak” liseyinin kollektivinin “Nəğməli dünyam” adlı onlayn görüşü keçirilib.
Tədbirdə çıxış edən “İdrak” liseyinin təsisçisi, professor Mönsüm Alışov Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqidən söz açıb. Qeyd edib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar Əhməd həm də bir şəxsiyyət olaraq gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması prosesində fəallığı ilə seçilir.
Əməkdar artist Cabir Abdullayev Vüqar Əhmədlə uzun illərdən bəri dostluq əlaqələrinin olduğunu deyib və ilk dəfə efirə məhz onun tərəfindən dəvət olunduğunu xatırladıb. Bildirib ki, mədəniyyət sahəsində qazandığı uğurlarda onun da böyük zəhməti var. C.Abdullayev şairin “Qarabağ” şeirini ifa edib.
Görüşdə maraqlı elmi-yaradıcı, ədəbi müzakirələr aparılıb.
Tədbirdə liseyin şagirdləri şairin şeirlərini söyləyib, həmçinin Vüqar Əhməd haqqında videoçarx təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər