Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.
Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanovla Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.
Qadın xilas edilərək dərhal başqa bir avtomobilə əyləşdirilib və YPX-nin avtomobillərinin müşayiəti ilə xəstəxanaya çatdırılıb.
Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib.
Xanımın yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.
Tehsil-press.az